Azərbaycan yığmasının Avropa çempionatında oyunlarının təqvimi

1 İyul 03:30 Milli komanda 574
Azərbaycan yığmasının Avropa çempionatında oyunlarının təqvimi

Çimərlik futbolu üzrə Azərbaycan yığmasının Gürcüstanda keçiriləcək Avropa çempionatının B Liqasında keçirəcəyi oyunların təqvimi açıqlanıb.

Sportinfo.az Azərbaycan Çimərlik Futbolu Federasiyasına istinadən xəbər verir ki, milli turnirdəki ilk qarşılşamasını iyulun 15-də İngiltərəyə qarşı keçirəcək.

Sahib Məmmədovun baş məşqçi olduğu komanda iyulun 16-da Slovakiya, bir gün sonra isə Latviya ilə üz-üzə gələcək.

İngiltərə ilə görüş Bakı vaxtı ilə 18:30-da, digər iki qarşılaşma isə 19:30-da start götürəcək.

Avropa çempionatı iyulun 15-19-da Gürcüstanın Batumi şəhərində təşkil olunacaq. Qrup qalibləri həm B Liqasının ən güclüsünü müəyyənləşdirmək üçün qarşılaşacaqlar, həm də A Liqasına vəsiqə qazanacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM