“Renaldo Sefas hələ tam hazır deyil.
Bildiyiniz kimi, kollektiv məşqlərə daha gec qoşulub”.
Sportinfo.az xəbər verir ki,bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın son transferlərindən biri olan Renaldo Sefasın oyun səviyyəsi barədə suala cavab verərkən deyib.
“Qarşıda tam hazırlaşmağa 5-6 günümüz var. Dəqiq deyə bilməyəcəyəm, qarşıdakı oyunda 90 dəqiq oynaya bilər, ya yox.
Yenə baxacağıq. Ola bilsin, oyunun əvvəlindən çıxıb 60 dəqiqə oynadı, ola bilsin, əvəzetnədən çıxı oynadı. Hər şey qarşıdakı günlərdə məlum olacaq. Amma ideal formasından uzaqdır”, - Qurbanov bildirib.
“Qarabağ" Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda “CSKA Sofia” kollektivi ilə qarşılaşıb.
Matç 0:0 hesabı ilə bitib. Komandalar bir həftədən sonra cavab matçında qarşılaşacaqlar.

