Onun transferində qərarsızdır - “Mançester Yunayted”

00:10 İngiltərə 82
Onun transferində qərarsızdır - “Mançester Yunayted”

“Roma”nın yarımmüdafiəçisi Manu Kone hələ də “Mançester Yunayted”in transfer siyahısında yer alır.

Sportinfo.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, tərəflər arasında mümkün keçidlə bağlı danışıqlarda hələlik ciddi irəliləyiş yoxdur.

Paytaxt klubu UEFA-nın maliyyə nəzarəti çərçivəsindəki öhdəliklərini yerinə yetirmək üçün 25 yaşlı futbolçunu iyulun 31-dək satmağı planlaşdırır. İtaliya təmsilçisi fransalı yarımmüdafiəçini 60 milyon avroya qiymətləndirir.

Manu Kone 2026-cı il dünya çempionatında Fransa millisinin heyətində uğurlu çıxışından sonra Avropanın aparıcı klublarının diqqətini cəlb edib.

Daha əvvəl “Mançester Yunayted”in futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırdığı bildirilsə də, İngiltərə klubu hələlik “Roma”ya rəsmi təklif göndərməyib.

“Mançester Yunayted” rəhbərliyində Konenin transferi ilə bağlı yekdil fikir formalaşmayıb və bu səbəbdən də proses ləngiyir.

Fransalı yarımmüdafiəçi ilə “Arsenal” və “Çelsi” də yaxından maraqlanır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!