Cəmi 1 oyunda meydana çıxdı, 41 yaşında peşəkar futbolla vidalaşdı

26 İyul 01:40 İngiltərə 758
Cəmi 1 oyunda meydana çıxdı, 41 yaşında peşəkar futbolla vidalaşdı

Tanınmış qapıçı Lukaş Fabianski karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, polşalı qolkiper 41 yaşında peşəkar futbolla vidalaşıb.

O, bu barədə “İnstaqram” səhifəsində məlumat yayıb. “Vest Hem”lə müqaviləsinin müddəti başa çatan Fabianski ötən mövsüm London klubunun heyətində cəmi bir oyuna çıxıb.

Təcrübəli qolkiper “Suonsi Siti”, “Arsenal”, “Legiya” və “Lex” klublarında da çıxış edib. Fabianski Polşa millisinin heyətində 57 matç keçirib, bunlardan 24-də qapısını toxunulmaz saxlayıb və 45 qol buraxıb.

Digər Xəbərlər
Xəbər Lenti