Azərbaycan millisinin forvardı Mahir Emreli çıxış etdiyi "Rakuv"da qollarının davamının gələcəyinə və komandasına daha çox faydalı olacağına inanır.
Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında 29 yaşlı hücumçu bildirib.
O, UEFA Konfrans Liqasında Malta təmsilçisi "Valletta"ya qarşı keçirdikləri ilk matçda fərqlənməsindən danışıb:
"Qol vurduğuma görə çox şadam. Klubdakı ilk oyunumda fərqləndiyim üçün sevinirəm. Amma əsas olan komandanın qələbə qazanmasıdır.
Buna da nail olduq. İnanıram ki, qolların davamı gələcək və "Rakuv"a daha çox xeyir verəcəyəm".
Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında "Rakuv" evdə "Valletta"nı 3:1 hesabı ilə məğlub edib.
Mahir Emreli debüt etdiyi matçın 53-cü dəqiqəsində fərqlənməklə komandasının ilk qolunu vurub.

