Yunan qızları “Neftçi”ni Çempionlar Liqasından uzaqlaşdırdı

00:50 Qadın futbolu 98
Yunan qızları “Neftçi”ni Çempionlar Liqasından uzaqlaşdırdı

“Neftçi” qadın futbolçular arasında UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümündə 2-ci oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Siyasət Əsgərovun komandası 1-ci qrupun həlledici görüşündə Yunanıstanın PAOK komandası ilə üz-üzə gəlib.

Yunanıstanın Veria şəhərində təşkil olunan oyun PAOK-un 3:0 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə PAOK 2-ci təsnifat mərhələsinə yüksəlib. “Neftçi” isə mübarizəni dayandırıb.

"Neftçi" ilk görüşdə Monteneqronun “Buduçnost” komandasına 4:3 hesabı ilə qalib gəlmişdi.

PAOK (Yunanıstan) - "Neftçi" (Azərbaycan) 3:0

Baş hakim: Oksana Kruk (Moldova)

Veria Munisipal Stadionu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!