Millimizin sabiq qapıçısı ilə bağlı 200 min manatlıq "düyün"

21:00 Milli komanda 177
Millimizin sabiq qapıçısı ilə bağlı 200 min manatlıq "düyün"

"Şəfa"nın qapıçısı Əlirza Müştəbəzadə aldığı təklifləri dəyərləndirə bilmir.

24 yaşlı kiperin xidmətində bir neçə klub maraqlıdır.

Amma millimizin sabiq qapıçısı qərar verməyə tələsmir.

Əsas maneə isə Əlirzanın "Şəfa" ilə müqaviləsinin olmasıdır.

"Sabah"ın yetirməsi Birinci Liqanın son çempionunun yeni mövsümlə bağlı planlarına daxil deyil.

Amma tərəflərin qüvvədə olan iki illik anlaşması var.

Müştəbəzadə təzminat tələb edir. Söhbət təxminən 200 min manata yaxın rəqəmdən gedir.

Məhz bu pulu alıb, azad agent olandan sonra digər klublarla danışıqlara start veriləcək.

Əlirza "Şəfa"ya qədər "Neftçi", "Səbail", "Difai" və "İrəvan"da forma geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti