Tanınmış hücumçunun transferi üçün 13,2 milyon avro təzminat ödədilər

01:30 Dünya futbolu 91
Tanınmış hücumçunun transferi üçün 13,2 milyon avro təzminat ödədilər

“River Pleyt” hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, sözügedən klub Meksikanın “Tiqres” komandasından Anxel Korreanı transfer edib.

Bu barədə Argentina klubunun mətbuat xidməti məlumat yayıb. Bu transfer üçün Meksika klubuna 13,2 milyon avro təzminat ödənilib.

31 yaşlı hücumçu ilə 2029-cü ilin 31 dekabrına kimi müqavilə imzalanıb.

“Tiqres” Korreanı 2025-ci ilin yayında “Atletiko”dan 8 milyon avroya transfer etmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!