Azərbaycan İngiltərəyə qalib gəldi - B Liqasının B qrupunda

17 İyul 02:50 Milli komanda 489
Azərbaycan İngiltərəyə qalib gəldi - B Liqasının B qrupunda

Çimərlik futbolu üzrə Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) ilk oyuna çıxıb.

Sportinfo.az xəbər verir ki, B Liqasının B qrupunda yer alan millimiz İngiltərə yığması ilə qarşılaşıb.

Batumi çimərlik meydançasında baş tutan görüş komandamızın 8:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan yığmasının heyətində Sabir Allahquliyev 4, Sahib Məmmədov və Mirmövsüm Cəniyev isə hərəyə 2 qol vurublar.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"