“Araz”dan uzaqlaşdıılan baş məşqçi AFFA-dan iş istədi - İkisindən birini mənə verin

14:40 Milli komanda 264
“Araz”dan uzaqlaşdıılan baş məşqçi AFFA-dan iş istədi - İkisindən birini mənə verin

Bu ilin yanvarında «Araz-Naxçıvan»dan uzaqlaşdıılan Elmar Baxşıyev gözünü indi də AFFA-ya dikib.

Saytımızın federasiyadan əldə etdiyi məlumata görə, o, aşağı yaş qrupları üzrə yığmaların birində çalışmaq istəyir.

Premyer Liqada heç bir kluba lazım olmayan baş məşqçi tanış şəxslər vasitəsilə qurum rəhbərliyinə öz xahişini çatdırıb. Mütəxəssis U-17 və ya U-19-un sükanı arxasına keçməyi arzuladığını bildirib.

Redaksiyamıza daxil olan informasiyaya görə, Baxşıyevin namizədliyi hazırda gözdən keçirilir. Məsələyə iyulun 20-dən sonra aydınlıq gələcək.

Tək bu yox, digər yaş qrupları üzrə komandaların sükançıları da həmin tarixdə müəyyənləşəcək.

Burada seçim səlahiyyəti Edmond Klausa verilib. AFFA-nın yeni texniki direktoru namizədlərlə tək-tək görüşür, onları şəxsən tanımağa, haqqında məlumat toplamağa çalışır.

Niderlandlı funksioner kimləri bəyənərsə, adlarını siyahıya salaraq, AFFA İcraiyyə Komitəsinə təqdlm edəcək. Çünki təyinatların rəsmiləşməsi məhz ali qərarverici orqandan asılıdır.

SPORTİNFO.AZ

"Yəqin,

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti