“Sabah”la oyundan əvvəl qələbə qazandılar

26 İyul 02:30 Hadisə 487
“Sabah”la oyundan əvvəl qələbə qazandılar

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "KuPS" Finlandiya çempionatında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda 17-ci turda öz meydanında VPS ilə qarşılaşıb.

Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda "KuPS" 36 xalla turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, "Sabah" bu komanda ilə iyulun 28-də səfərdə üz-üzə gələcək. İlk matçda Azərbaycan klubu 1:0 hesabı ilə qalib gəlib.

"KuPS" - VPS 3:1

Qollar: Moreno, 1, Eqvall, 12, Luyey-Lutumba, 29 - Oqinniyi, 63

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM