Göygöldə keçirlən Milli Yaylaq Festivalında quraşdırılmış çardaq uçaraq ərazidə olan insanların üzərinə aşıb.
Sportinfo.az xəbər verir ki, əraziyə təcili tibbi yardım briqadaları və aidiyyəti dövlət qurumlarının əməkdaşları cəlb olunub.
Xəsarət alan şəxslərin kimliyi məlum olub.
Belə ki, hadisə nəticəsində 1968-ci il təvəllüdlü Həmayə Fətullayeva, 8 yaşlı D. A (Ad şərtidir), 1975-ci il təvəllüdlü Təranə Cəfərova, 1990-cı il təvəllüdlü Aytəmiz Oruci, 1999-cu il təvəllüdlü Əli Məmmədzadə,1968-ci il təvəllüdlü Nailə İsmayılova, 1998-ci il təvəllüdlü Kamran Zeynalov və 1997-ci il təvəllüdllü Vüsət Zeynalov Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.
Gənclər və idman naziri Fərid Qayıbov Milli Yaylaq Festivalında təşkil olunan ənənəvi idman yarışları ilə tanış olub.
Oxatma meydançasına baş çəkən nazir ox ataraq bacarığını nümayiş etdirib (qafqazinfo).






