“Azarkeşlərə təşəkkür edirik ki, ilk dəqiqələrdən sonadək bizi dəstəklədilər”.
Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin braziliyalı legioneri Qustavo Klisman deyib.
Yayda “ağ-qaralar”a qoşulan 27 yaşlı yarımmüdafiəçi Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda evdə “Dinamo”ya (Minsk) 2:4 hesabı ilə məğlub olduqları görüşü şərh edib.
“Sambaçı” məğlubiyyəti komandanın avrokuboklarda ilk rəsmi oyunu olması ilə əlaqələndirib:
”Azarkeşlər bizi qələbəyə səsləyirdilər. Təəssüf ki, bunun qarşılığını meydanda verə bilmədik.
Buna görə bütün “Neftçi” azarkeşlərindən üzr istəyirik. Onlara yalnız minnətdarlığımızı bildirə bilərik.
Bu dəstəyin qarşılığını isə növbəti matçda geridönüş edərək mərhələni keçməklə verə bilərik”.

