Millinin baş məşqçisi AFFA-ya niyə belə MƏSLƏHƏT GÖRÜB?

09:40 Milli komanda 1 262
Millinin baş məşqçisi AFFA-ya niyə belə MƏSLƏHƏT GÖRÜB?

Azərbaycan yığmasının oktyabrda UEFA Millətlər Liqasında keçirəcəyi ev oyunlarının məkanları müəyyənləşib.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda turnirin D Liqası çərçivəsində oktyabrın 1-də Lixtenşteyni Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

Oktyabrın 4-də Litva ilə qarşılaşma isə Gəncə stadionunda baş tutacaq.

AFFA-dan aldığımız məlumata görə, oyqnların Bakı ilə Gəncə arasında bölüşdürülməsi Ayxan Abbasovun təşəbbüsüdür.

O, Lixtenşteynlə görüş zamanı «Tofiq Bəhramov»un tamamilə dolacağını təxmin edib. Amma Litva ilə qarşılaşmaya böyük marağın olacağına bir qədər şübhəylə yanaşıb.

Odur ki, matçın Nizami yurduna salınmasını məsləhət görüb.

Çünki bu, yenidən tikilmiş Gəncə stadionunda ilk beynəlxalq oyun kimi tarixə düşəcək və yerli publikanın komandanı tək buraxmayacağı gözlənilir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti