“Neftçi” avrokubok mövsümünə bərbad başladı.
Öz meydanında Minsk “Dinamo”sunu qəbul edən “ağ-qaralar” ilk 8 dəqiqədə rəqib qapısına 2 dəfə yol tapsa da, 90 dəqiqənin tamamına qədər öz qapısından 4-nü buraxıb uduzdu.
Oyunun gedişində hər kəs şokda idi. Kimsə nələrin baş verdiyini anlaya bilmirdi.
Sloveniyada hazırlıq keçən, heyəti yeni futbolçularla gücləndirən, imkanlarına görə “Dinamo”nu qat-qat üstələyən “Neftçi” niyə bu hala düşdü?
Xüsusən qonaq komanda üçün stadionu cəhənnəmə çevirən “Neftçi” azarkeşlərinin qəzəbi yerə-göyə sığmırdı. Narazılıq, etiraz, tənqir, yeri gələndə təhqirlə hirsini soyutmağa çalışan fanatların üzgünlüyü anlaşılandır.
“Forza Neftçi”nin rəhbəri Səccad Abasov sosial şəbəkə hesabında etdiyi paylaşımla klub və komandadakı şəxslərə barmaq silkələyib:
“Bu gün siz nə etdiniz? Bu, nə idi?
Bu, “Neftçi” deyil, bizə ümid verib, baş aldatmaqdır.
Uğursuz transferlər, Avropada “al-ver” edib gəlmək. Bugünkü “işləmək” də nəzərdən yayınmadı.
Yubiley mövsümü yubiley biabırçılığı olmağa doğru getməsin. Ağlınızı başınıza yığın! Bura “Neftçi”dir!
80 illiyin faciəsini 90 illiklə əvəzləmək niyyətiniz varsa, indidən qılınc-qalxanımızı götürüb keçək qarşınıza. Mövsümboyu qazandıqlarınızı zəhər edək.
“Neftçi” bazar deyil, “Neftçi” xalqdır. Bizi yanıldın və bir həftədən sonra meydana çıxıb tökdüyünüz zibilləri təmizləyin”.
İyulun 22-də 8-ci kilometr stadionunda 2:4 hesabı ilə məğlub olan təmsilçimiz.
Komandalar arasındakı cavab qarşılaşması iyulun 30-da Bolqarıstanın Stara Zaqora şəhərindəki “Beroe” stadionunda keçiriləcək və start fiti Bakı vaxtı ilə saat 21:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ

