Azərbaycan millisi Avropa çempionatının pley-offuna yüksəldi

19 İyul 02:30 Milli komanda 610
Azərbaycan millisi Avropa çempionatının pley-offuna yüksəldi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) üçüncü oyuna çıxıb.

Sportinfo.az xəbər verir ki, B Liqasının B qrupunda yer alan millimiz Latviya ilə qarşılaşıb.

Batumi çimərlik meydançasında baş tutan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində hər iki qolu Orxan Məmmədov vurub.

Bununla qrupda ikinci yeri tutan Azərbaycan millisi pley-off mərhələsinə vəsiqə qazanıb. Komandamız bu raundda Norveç yığması ilə qarşılaşacaq.

Millimiz qrupdakı ilk iki oyunda İngiltərəyə 8:3, Slovakiyaya 4:2 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti