Xəbəriniz olsun - "Neftçi"nin baş məşqçisindən VACİB QƏRAR

10:40 Neftçi 369
Xəbəriniz olsun - "Neftçi"nin baş məşqçisindən VACİB QƏRAR

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub əsas heyətdə bəzi dəyişiklər edəcək.

O, klub rəsmiləri ilə görüşərək, komandanın mövcud vəziyyətinə dair müzakirələr aparılıb.

Görüş "Dinamo" ilə keçirilən Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununa həsr olunub.

Ukraynalı çalışdırıcı Belarus təmsilçisinə 2:4 hesablı məğlubiyyətin səbəblərindən danışıb, bir neçə futbolçunun fərdi səhvlərinə diqqət çəkib. 60 yaşlı çalışdırıcı həlledici qarşılaşmada onlara şans verməyəcəyini bildirib.

"Palms Sports Arena"da keçirilən qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 4:2.

İkinci dəqiqədə Azərbaycan təmsilçisinin kapitanı Emin Mahmudov hesabı açıb. 8-ci dəqiqədə qonaqlardan Aleksandr Selyava avtoqol müəllifi olub.

Minsk komandasında qolları 36 və 57-ci dəqiqələrdə Karen Vardanyan, 47-ci dəqiqədə Yevgeni Malaşeviç, 77-ci dəqiqədə Gulzigit Alykulov vurublar.

Cavab oyunu iyulun 30-da keçiriləcək. Bolqarıstanın Stara-Zaqora şəhərindəki “Beroe” stadionunda.

Mücadilə Şimali İrlandiyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Tim Marşalla yan xətdə Georgios Arqiropulos və Rayan Kelsi kömək edəcəklər. Dördüncü hakim Şeyn MakQoniql olacaq.

Cütün qalibi növbəti raundda "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) duelinin güclüsü ilə görüşəcək. Portuqaliya təmsilçisi səfərdəki ilk matçda serblərə 1:0 hesabıyla qalib gəlib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti