İlkin Fikrətoğlu: “Sabah”ı narahatlıqla dolu gün gözləyir - VİDEO

25 İyul 15:00 Sabah 1 267
İlkin Fikrətoğlu: “Sabah”ı narahatlıqla dolu gün gözləyir - VİDEO

Azərbaycan klublarının avrokuboklardakı möhtəşəm startının ardınca uğursuz həftə gəldi.

Bu həftəyə qədər Avropada 6 oyun, 6 qələbə ilə irəliləyən klublarımız son 3 gündə keçirdikləri 4 matcdan yalnız birində azarkeşləri sevindirdi.

Həftənin yeganə qələbəsini Çempionlar Liqasındakı təmsilçimiz “Sabah” qazandı. Hərçənd Finlandiya çempionu “KuPS” üzərində 1 qolluq qələbədən narazı qalanlar da az olmadı.

“Sabah”ın “KuPS”ka matçda üstünlüyü azı 4-5 qol vurulacaq səviyyədə idi. Amma nə hikmətdirsə, qol gözlədiyimiz oyunçuların hamısnın ayağı bu dəfə boşa çıxdı.

Yalnzı Simiç fərqlındi ki, o da qoldan başqa 2-3 real epizodu qaçırdı. Yəni, “Sabah” bu duelin taleyini elə birinci oyunda həll edə bilərdi.

Lakin edə bilmədi və bizi iyulun 28-də narahatlıqla dolu cavab qarşılaşması gözləyir.

Biz narahat olsaq da, “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas narahat deyil. Oyunsonrası mətbuat konfransında litvalı mütəxəssisin dediyi bu sözlərə diqqət edək:

“Çox qol vəziyyətlərni əldən verməyimiz, bəli, məni məyus etdi. Amma narahat etmədi.

Qol vəziyyətləri yarada bilməsəydik, bu, məni narahat edərdi. Bu dəfə alnmadısa, növbəti oyunarda qol vəziyətlərinin daha çoxunu reallaşdıracağıq”.

Məşqçinin öz komandasına belə əminliyi yaxşıdır. Ümid edək ki, cənab Dambrauskasın futbolçuları Finlandiya səfərində bizi daha çox qolla sevindirib, turu adlayacaq..

Bununla “Sabah” həm də minimum Konfrans Liqasının əsas mərhələsində yerini təmin edəcək.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM