Milyonlarla pulu “Qarabağ”ın büdcəsinə axıtdı, yenə diqqət mərkəzinə düşdü - VİDEO

09:25 Hadisə 154
Milyonlarla pulu “Qarabağ”ın büdcəsinə axıtdı, yenə diqqət mərkəzinə düşdü - VİDEO

Ötən ay “Qarabağ”dan Şotlandiya təmsilçisi “Seltik”ə transfer olunan Kamilo Duran yeni komandasında növbəti qolunu vurub.

Sportinfo.az xəbər verir ki, kolumbiyalı hücumçu hazırda İtaliya təmsilçisi “Milan”a qarşı keçirilən yoldaşlıq görüşündə fərqlənib.

24 yaşlı futbolçu “Seltik Park” stadionunda baş tutan qarşılaşmanın 11-ci dəqiqəsində hesabı açıb. O, həmçinin 27-ci dəqiqədə Ceyms Forestin vurduğu qolda məhsuldar ötürmə müəllifi olub.

Beləliklə, Duran “Seltik” forması ilə ardıcıl üçüncü oyunda da fərqlənməyi bacarıb. O, bundan əvvəl “Sportinq” və “Midlsbro” ilə keçirilən yoldaşlıq matçlarında da rəqib qapısına yol tapmışdı.

Kamilo Duran ötən ay “Qarabağ”dan ayrılaraq “Seltik”lə 5 illik müqavilə imzalayıb.

Şotlandiya klubu transfer üçün Azərbaycan təmilçisinə 5,5 milyon funt sterlinq (təxminən 12 milyon manat) ödəyib. Bu transfer Azərbaycan futbolu tarixinin ən bahalı futbolçu satışı hesab olunur

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!