Premyer Liqada qalmaq naminə 6000 manatından keçdi

11:30 Kəpəz 288
Premyer Liqada qalmaq naminə 6000 manatından keçdi

Yeni mövsümə hazırlıqlarını davam etdirən "Kəpəz" daha bir keçidi rəsmiləşdirib.

Gəncə təmsilçsi Urfan Abbasovu heyətinə qatıb.

33 yaşlı müdafiəçi ilə müqavilənin müddəti mövsümün sonunadək nəzərdə tutulub.

Urfan Abbasovun son klubu “Araz-Naxçıvan” olub. O, ötən mövsüm ərzində ümumilikdə 26 oyunda meydana çıxıb.

Son iki ildə Muxtar Respublika təmsilçisinin formasını geyinmiş “Qəbələ“nin yetirməsi Gəncəyə pul qazanmaq niyyəti ilə yolanmayıb.

Arxa xətt oyunçusu sadəcə, Premyer Liqadan uzaq düşməmək üçün “Kəpəz“in şərtlərini qəbul edib.

“Araz“da aylıq maaşı 12 min manat olan Abbasov burada həmin məbləğin yarısıyla kifayətlənməli olacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti