“Sabah”ın finlərə aid planı

25 İyul 12:40 Sabah 991
“Sabah”ın finlərə aid planı

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda “KuPS”un qonağı olacaq “Sabah”ın Finlandiyaya səfər planı məlum olub.

Sportinfo.az xəbər verir ki, komanda iyulun 26-sı səhər saatlarında Finlandiyaya yola düşəcək.

Bakı klubunun baş məşqçisi Valdas Dambrauskasın oyunöncəsi mətbuat konfransı Bakı vaxtı ilə saat 18:30-da, komandanın açıq məşqi isə saat 19:00-da keçiriləcək.

“KuPS” - “Sabah” oyunu iyulun 28-də Kuopio şəhərində baş tutacaq və Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. İlk görüşdə Azərbaycan çempionu 1:0 hesablı qələbə qazanıb.

Bu cütün qalibi üçüncü təsnifat mərhələsində Danimarkanın “Orxus” və Polşanın “Lex” komandaları arasında keçirilən cütün güclüsü ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM