Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - “Bayern”in yarımmüdafiəçisi

25 İyul 22:00 Almaniya 679
Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - “Bayern”in yarımmüdafiəçisi

Kolumbiya millisinin və “Bayern”in yarımmüdafiəçisi Luis Dias Səudiyyə Ərəbistanı klubunun transfer hədəfinə çevrilib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Hilal” rəhbərliyi 29 yaşlı futbolçunu heyətə qatmaq istəyir.

Səudiyyə Ərəbistanı təmsilçisi daha əvvəl niderlandlı cinah oyunçusu Kresensio Sammervili transfer etmişdi.

Dias ötən mövsüm Almaniya Bundesliqasında 32 oyunda meydana çıxıb, 15 qol vurub və 14 məhsuldar ötürmə verib.

Onun “Bayern”lə müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna qədərdir. “Transfermarkt” portalı futbolçunun dəyərini 70 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"