40 milyon avroluq yeni təklif göndərdi - Bu hücumçu üçün

25 İyul 12:00 İtaliya 598
40 milyon avroluq yeni təklif göndərdi - Bu hücumçu üçün

“Yuventus” PSJ-nin hücumçusu Randal Kolo-Muanini transfer etmək üçün təklifini yaxşılaşdırıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisi Fransa klubuna 40 milyon avroluq (icarə və məcburi satınalma şərti ilə) yeni təklif göndərib.

Kolo Muani PSJ-dən ayrılmaq və məhz “Yuventus”a keçmək istəyir.

Tərəflər arasında müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilənin əsas şərtləri artıq razılaşdırılıb. F

utbolçunun illik maaşı 5 milyon avro olacaq. “Yuventus” hazırda PSJ-nin cavabını gözləyir.

Paris təmsilçisi daha əvvəl Turin klubunun 30 milyon avroluq ilk təklifini rədd etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi