"Burada olduğum üçün çox xoşbəxtəm".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"dan Şotlandiya təmsilçisi "Seltik"ə keçən Kamilo Duran deyib.
24 yaşlı kolumbiyalı "Seltik Park"da jurnalistlərə açıqlamasında klubdakı ilk günlərindən məmnun olduğunu deyib:
"Komanda yoldaşlarımla tanış olmaq çox gözəl hissdir. Yeni mövsümə başlamaq üçün səbirsizliklə gözləyirəm.
Hazırlıq prosesi mənim üçün çox yaxşı keçir. "Seltik"ə qoşulmazdan əvvəl artıq bir ay məşq etmişdim.
Buna görə də özümü əla hiss edirəm. Bu möhtəşəm formanı geyinərək ilk iki oyunda iki qol vurmaqdan kim narazı qalar ki? Ümid edirəm ki, qarşıda daha çox qollar olacaq".
Duran debüt matçında "Sportinq"ə qarşı qol vurduqdan sonra iyulun 18-də "Seltik Park"da "Midlsbro" ilə keçirilən yoxlama görüşündə də komandasının bərabərlik qolunun müəllifi olub.

