Azərbaycan komandası UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində yoldaşlıq görüşü keçirəcək.
Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, milli sentyabrın 23-də Tacikistan ilə qarşılaşacaq.
Oyun “Palms Sports Arena”da baş tutacaq.
Ayxan Abbasovun çalışdırdığı komanda UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 27-də Litva ilə səfərdə, oktyabrın 1-də Lixtenşteyn, 4-də isə Litva ilə evdə qarşılaşacaq.

