“Real” braziliyalı hücumçusunu İtaliya klubuna icarəyə verəcək?

21:40 İspaniya 115
“Real” braziliyalı hücumçusunu İtaliya klubuna icarəyə verəcək?

“Real”ın hücumçusu Endrik karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportinfo.az “sport.fr”-ə istinadən xəbər verir ki, 20 yaşlı forvardın xidmətində “Roma” maraqlıdır.

Paytaxt təmsilçisi futbolçunu satınalma hüququ olmadan icarəyə götürməyi planlaşdırır.

Ötən həftə Endrikin icarəyə götürülməsinin “Roma” üçün prioritet transfer variantı olduğu bildirilmişdi.

“Real” isə braziliyalı hücumçunu uzunmüddətli planlarının bir hissəsi hesab edir və onun tam transferini nəzərdən keçirmir. Endrikin Madrid klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.

Hücumçu ötən mövsümün ikinci yarısını oyun praktikası qazanmaq üçün icarə əsasında “Lion”da keçirib.

İspaniyaya qayıtdıqdan sonra isə Joze Mourinyonun komandasında hücum xəttindəki güclü rəqabət səbəbindən gələcəyi yenidən müzakirə mövzusuna çevrilib.

Endrik 2024-cü ildə “Palmeyras”dan “Real”a keçəndən bəri bütün turnirlərdə 40 oyunda meydana çıxıb, 7 qol vurub və 1 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti