“Neftçi” pul istəmədi, şərait yaratdı -  Ayda 5000 avro alacaq

25 İyul 14:40 Neftçi 2 840
“Neftçi” pul istəmədi, şərait yaratdı -  Ayda 5000 avro alacaq

“Neftçi”dən ayrılan Ryonosuke Ohorinin yeni klubu məlum olub.

Yaponiyalı yarımmüdafiəçi karyerasını Serbiyada davam etdirəcək.

Ohori “Radnik”lə anlaşıb. 25 yaşlı asiyalı Super Liqa təmsilçisi ilə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Ohori 2025/26 mövsümündə icarə əsasında “Kəpəz”də çıxış edib. O, “sarı-göylər”in heyətində meydana çıxdığı 27 rəsmi matçda 4 qol vurub.

“Neftçi“ Ohorinin keçidi üçün qarşı tərəfdən təzminat tələb etməyib. Yapon “Radnik”ə havayı başa gəlib.

Balkanlılar ona yüksək əməkhaqqı da ödəməyəcək. Yarımmüdafiəçi aylıq 5000 avro maaş alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti