Aşağı yaş qrupları üzrə yığmaların yeni baş məşqçilərinin və onların köməkçiləri qarşıdakı iki həftə ərzində müəyyənləşəcək.
Saytımız bu barədə AFFA-dan məlumat əldə edib.
Federasiyadan redaksiyamıza daxil olan informasiyaya görə, bu iş yeni texniki direktor Edmond Klausun nəzarətindədir.
Bir neçə gün öncə vəzifəsinin icrasına başlayan niderlandlı funksioner artıq öz müvafiq tapşırıqlarını verib.
Avropalı mütəxəssis namizədlərin siyahısının tutulmasını və «sv-lər»inin hazırlanaraq ona təqdim olunmasını istəyib.
Cahangir Həsənzadədən boşalmış kürsüyə əyləşmiş Edmond Klaus hazırda vətənindədir. Bir neçə gün öncə ölkəsinə yollanan texniki direktor iyulun 15-dən sonra Bakıya dönəcək.
Ayın 20-dək isə bütün seçimlər ediləcək. Təyinatların rəsmiləşməsi isə yalnız İcraiyyə Komitəsinin səlahiyyətində olan məsələdir.
SPORTİNFO.AZ

