Azərbaycan və Almaniya yığmaları nə vaxt üz-üzə gələcək?

03:00 Milli komanda 74
Azərbaycan və Almaniya yığmaları nə vaxt üz-üzə gələcək?

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası noyabrın 3-dən 8-dək “Dalğa Arena” təlim-məşq mərkəzində təlim-məşq toplanışı keçəcək.

Sportinfo.az xəbər verir ki, daha sonra isə komandamız noyabrın 9-dan 18-dək Almaniyanın Frankfurt şəhərində 2026/2027-ci illər mövsümündə UEFA Avropa çempionatının seçmə mərhələsinin I raundunda iştirak edəcək.

Millimiz noyabrın 11-də Almaniya, 14-də Şimali İrlandiya, 17-də isə Litva yığması ilə qarşılaşacaq.

1-ci oyun:
11 Noyabr. Saat 14:00 (Bakı vaxtı).
U17 Almaniya – U17 Azərbaycan
Stadion: "DFB Kampus"

2-ci oyun:
14 Noyabr. Saat 19:30 (Bakı vaxtı).
U17 Şimali İrlandiya – U17 Azərbaycan
Stadion: "DFB Kampus"

3-cü oyun:
17 Noyabr. Saat 14:00 (Bakı vaxtı).
U17 Azərbaycan – U17 Litva
Stadion: "Nidda-Sportfeld"

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 18:10 Çək və bizə göndər!
3 Noyabr 05:20 Bakıda "Zəfər Kuboku"