Azərbaycanın U-15 futbol millisi Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.
Sportinfo.az xəbər verir ki, Fəmiil Xəlilovun baş məşqçisi olduğu komanda mundialda 8-ci oyununa çıxıb.
“C” səviyyəsində 81-88-ci yerlər uğrunda mübarizə aparan yığmamız Mozambiklə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib.
Millimizin heyətində Həsən Məhəmmədov, Qafar Babayev, Yusif Əlizadə fərqləniblər. Daha bir qolu isə Mozambik yığmasının futbolçusu öz qapısına vurub.
Azərbaycan millisinin növbəti rəqibi Vyetnam olacaq. Bu, 81-84-cü yerlər uğrunda yarımfinal görüşü olacaq. Beləliklə, millimiz dünya çempionatını 84-cü yerdən aşağıda başa vurmayacaq.
Dünya çempionatında ümumilikdə 189 ölkənin yığması iştirak edir.
