Millimiz Vyetnamdan 4 qol buraxdı və uduzdu

00:30 Milli komanda 79
Millimiz Vyetnamdan 4 qol buraxdı və uduzdu

Azərbaycanın U-15 millisi Bakıda keçirilən dünya çempionatında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda mundialda 9-cu oyununda Vyetnamla qarşılaşıb.

Bu, 81-84-cü yerlər uğrunda yarımfinal görüşü olub. Millimiz görüşdən 2:4 hesabı ilə məğlub ayrılıb. Azərbaycan millisinin heyətində Murad Məmmədzadə və Yusif Əlizadə fərqləniblər.

Yığmamız bundan öncə Mozambiklə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib. Millimizin heyətində Həsən Məhəmmədov, Qafar Babayev, Yusif Əlizadə fərqləniblər. Daha bir qolu isə Mozambik yığmasının futbolçusu öz qapısına vurub.

Azərbaycan millisi turnirdə C səbətində 19-cu yer, ümumi reytinqdə isə 83-cü yer uğrunda mübarizə aparacaq.

Komandamız son oyununu 30 oktyabr saat 11:30-da Hövsan Yarış Kompleksində Əfqanıstan yığmasına qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?