Azərbaycanla oyun üçün bilet satışını təxirə saldılar

15 Yanvar 2023 13:20 Milli komanda 756
Azərbaycanla oyun üçün bilet satışını təxirə saldılar

Avstriya və Azərbaycan komandaları arasında keçiriləcək 2024-cü il Avropa çempionatının seçmə mərhələ oyunu üçün bilet satışı təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb matçın oynanılacağı "Rayffayzen Arena"nın yenicə təmirdən çıxmasıdır.

Qurum yığmanın ev qarşılaşmalarında tamaşaçılara daha yaxşı xidmət göstərilməsi üçün çempionat matçlarında stadionu sınaqdan keçirmək istəyir. Hazırda LASK komandası ev matçlarını məhz bu arenada oynayır.

Biletlərin martın əvvəlində satışa çıxarılacağı bildirilib.

Azərbaycan AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu 2023-cü il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək. Belçika, İsveç və Estoniya da F qrupunda mübarizə aparacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Yanvar 21:40 “Bu, hörmətsizlikdir”
20 Yanvar 18:10 Çək və bizə göndər!
20 Yanvar 15:40 Atasının balası - VİDEO