Pulu ONLAR qazanır

15 Sentyabr 2020 00:00 Maraqlı 341
Pulu ONLAR qazanır

"Forbes" jurnalı 2020-ci ilin ən çox qazanan futbolçularının siyahısını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, reytinqə Argentina millisinin və "Barselona"nın kapitanı Lionel Messi başçılıq edir.

33 yaşlı hücumçunun builki gəliri 126 milyon ABŞ dolları təşkil edir.

Sıralamada 2-ci yeri 117 milyon ABŞ dolları qazanan "Yuventus"un forvardı Kriştianu Ronaldu tutur. Portuqaliyalı oyunçu daha əvvəl dünyanın ilk milyarder futbolçusu kimi tarixə düşüb.

Siyahının 3-cü pilləsində isə PSJ-nin braziliyalı hücumçusu Neymar yer alır - 96 milyon ABŞ dolları.

Reytinqdə ilk "10-luq" aşağıdakı kimidir:

1. Lionel Messi ("Barselona") - 126 milyon ABŞ dolları

2. Kriştianu Ronaldu ("Yuventus") - 117 milyon ABŞ dolları

3. Neymar (PSJ) - 96 milyon ABŞ dolları

4. Kilian Mbappe (PSJ) - 42 milyon ABŞ dolları

5. Məhəmməd Salah ("Liverpul", İngiltərə) - 37 milyon ABŞ dolları

6. Pol Poqba ("Mançester Yunayted", İngiltərə) - 34 milyon ABŞ dolları

7. Antuan Qrizmann ("Barselona") - 33 milyon ABŞ dolları

8. Qaret Beyl ("Real Madrid", İspaniya) - 29 milyon ABŞ dolları

9. Robert Levandovski ("Bavariya", Almaniya) - 28 milyon ABŞ dolları

10. David De Xea ("Mançester Yunayted") - 27 milyon ABŞ dolları

Xəbər Lenti
28 İyul 10:20 Ronaldo Super Liqada
28 İyul 00:56 KK - 3 klub 3-cü etapda