Mahir yeni biznesinə nə qədər pul yatırıb?

21 Yanvar 2020 10:10 Maraqlı 1 730
Mahir yeni biznesinə nə qədər pul yatırıb?

Bugünlərdə "CBC Sport"da yayımlanan "Foto+" verilişinin qonağı olan Azərbaycan yığmasının və "Qarabağ"ın hücumçusu Mahir Emreli biznesini nümayiş etdirib.

Zaqatalada baş tutan çəkilişdə Mahir idmanda qazandığı pulları fermaya yatırdığını deyib:

“2017-ci ildə İslam Oyunlarının qalibi olanda bizə mükafat verdilər. Əlimdə pul var idi. Düşünürdük ki, bu pulu necə dəyərləndirək. Dayı ilə məsləhət etdik. Bu yerdən xəbər tutduq və gəldik buranı aldıq. Böyüdə-böyüdə gedirik”.

Sportinfo.az-ın məlumatına görə, gənc futbolçunun biznesi haqda söylədikləri sosial şəkəbələrdə geniş müzakirələrə səbəb olub.

Zaqataladan olan istifadəçilər Mahirin kənd təsərrüfatına 100 min manatdan artıq vəsait yatırdığını yazıb. Onların bildirdiyinə görə, Emreli fındıq biznesinə də maraq göstərir və burada böyük bağ salmağa hazırlaşır.




Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"