Xabi Alonso Qurban Qurbanovla bağlı suala "XEYR" cavabı verdi

14 Mart 09:20 Maraqlı 11 539
Xabi Alonso Qurban Qurbanovla bağlı suala "XEYR" cavabı verdi

“Qrup mərhələsində hər iki oyunda “Qarabağ”a qalib gəlmişik, lakin 1/8 final mərhələsinin Bakıdakı matçının birinci hissəsində problemlər yaşadıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Bayer"in (Leverkuzen) baş məşqçisi Xabi Alonso deyib.

İspaniyalı Avropa Liqasının 1/8 finalında “Qarabağ”a qarşı keçirəcəkləri cavab görüşündən danışıb:

“Lakin sonradan vəziyyəti düzəltdik və yaxşı nəticə əldə etdik. Və artıq qrup mərhələsi deyil.

Onlar da güclü mentalitetlə mübarizə aparırlar. Biz də qərar verməliyik ki, bizə nə lazımdır. Bu oyunda konsentrasiya ilə oynamalıyıq”.

X.Alonso heyətdə rotasiyalar etdiyi üçün Bakıdakı matçın aqibətini yaşayacağı ilə bağlı fikirlərlə razılaşmayıb və bundan qorxmadığını bildirib:

“Əlbəttə ki, qorxmuram, inamımız çoxdur, öz dinamikamıza əminik. Amma qorxmuruq”.

“Qarabağ” sabah qələbə qazansa, Qurban Qurbanovu təbrik etməyə hazırsız” sualına isə mütəxəssis belə cavab verib:

“Xeyr (gülür). Əlbəttə, bu, oyundur. Ən yaxşı kimdirsə, qalib gələcək. Biz də qələbə istəyirik”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!