"Danışmağa adam axtarıram, spirt vurmaqdan əllərim yanıb"

11 Aprel 2020 20:00 Şamaxı 641
"Danışmağa adam axtarıram, spirt vurmaqdan əllərim yanıb"

"Keşlə"nin kapitanı Slavik Alxasov Sportinfo.az-a müsahibə verib

- Danışa bilərik, Slavik?

- Danışmağa adam axtarıram (gülür).

- Fasilə müddətin necə keçirirsən?

- Ancaq evdə oluruq. Evdən çölə çıxmaq yoxdur. Yaxşı ki, bağ evi var. Həyətdə gəzməyə imkan olur.

- Formada qalmaq üçün nələr edirsən?

- Həyətdə məşq üçün lazım olan şeylər var. Formada qalmaq üçün davamlı məşq edirəm. Böyük ərazimiz var. Axşamlar çıxıb kros qaçıram.

- Fərdi məşqlərə kiminsə nəzarət etməməsi özündə tənbəlik yaratmır?

- Hər futbolçunun öz xarakteri var. Belə şeylər insanın özündən asılıdır. Öz adıma deyə bilərəm ki, məndə elə bir şey yoxdur. Bunu özümüz üçün edirik. Həftədə ən azı 5 dəfə məşqlərimi edirəm. Bu özümüz üçün lazımdır.

- Koronavirusla mübarizədə hansısa tədbirlər görürsənmi?

- Əllərimi tez-tez yuyuram. Davamlı spirtdən istifadə edirəm. Spirt vurmaqdan da əllərim yanıb (gülür).

- Bu qədər fasilə müddəti və qeyri-müəyyənlik psixoloji cəhətdən çətin deyil?

- Hər gün sayıtları izləyirəm ki, təzə xəbərlərdən nə var nə yox. Belə çox darıxdırıcıdır. Məşqlər, oyunlar üçün çox darıxırıq. Amma əlimizdən nəsə gəlmir. Bütün dünya bununla mübarizə aparır. İnşallah tezliklə virusa qalib gələrik.

- Bu qədər fasilədən sonra, çempionat bərpa olunarsa, 3-4 gündən bir oyunlara çıxmaq problem olmayacaq?

- Bir aydan artıqdı evdəyik. Bu müddət çoxdur. Bundan sonra hələ toplanış olmalıdır. Çempionatı başa vurmaq üçün başqa çarəsi yoxdur. Məncə, problem olmaz.

- Çempionatı başa vurmaq mümkün olmasa, yəqin ki, avrokuboklara gedəcək klublar hazırkı turnir cədvəlinə görə təyin oluna bilər. Səncə, belə olarsa, bu doğru qərardı?

- Bu biz futbolçuların işi deyil. Federasiya nə qərar versə, ona hörmətlə yanaşacağıq. Amma öz fikrimə qalsa, ən yaxşısı virus başa çatan kimi çempionatın davam etdirilməsi olardı. Ədaləti qərar bu olardı.

- Yaranmış fasiləyə görə, çempionatın başa çatıdırlma müddəti uzanacaq. Bu isə klublar üçün maliyyə itkisi deməkdir. Belə vəziyyətdə maaşların azaldılması təklif edilsə, bununla razılaşacaqsız?

- Problem olmaz. Bu, ümumi olan bir şeydi. Əsas odur hər şey öz yoluna düşsün.

Digər Xəbərlər
Xəbər Lenti