"Neftçi"yə uduzsaz, heç biriniz gözümə görsənməyin!"

10 Fevral 2020 18:30 Şamaxı 1 086
"Neftçi"yə uduzsaz, heç biriniz gözümə görsənməyin!"

«Keşlə» Premyer Liqanın 16-cı turunda gözlənilmədən məğlubiyyətlə üzləşdi.

Paytaxt təmsilçisi «ASK Arena»ya dönüşünü xalsız «qeyd etdi».

«Səbail»ə 0:1 hesablı yenilgi klubun Müşahidə Şurasının sədri Zaur Axundovu yenidən Tərlan Əhmədov və futbolçularla üz-üzə gətirib.

Sportinfo.az-ın məlumatına görə, o, baş məşqçi ilə komanda üzvlərini sərt sözlərlə əvvəl sıraya, sonra «sapa düzüb».

Axundov «Səbail»ə uduzmağı biabırçılıq kimi qiymətləndirib və qarşısına Avropa Liqasına vəçsiqə məqsədi qoyulmuş kollektivin belə rəqiblərlə oyunlarda xal itirməsini «məsuliyyətsizlik» adlandırıb.

Sədr elan edib ki, gələn tur «Neftçi»yə qalib gəlməsələr, heç kim gözünə görsənməsin. Komandaya bacardığı qədər yüksək diqqət göstərdiyini bildirən Axundov turnir cədvəlində 2-ci pilləyə yüksəlmiş «ağ-qaralar»ın onlardan heçə də güclü olmadığını xatırladıb.

Digər Xəbərlər
Xəbər Lenti