"Keşlə"yə şans vermədik, bəzi səhvlərimizi gördük"

25 Yanvar 2020 15:12 Şamaxı 718
"Keşlə"yə şans vermədik, bəzi səhvlərimizi gördük"

“İlk hissədə hər iki tərəfin şansı az oldu. Ancaq buna baxmayaraq hesabda geriyə düşdük. Müəyyən dəyişikliklərdən sonra hesabı bərabərləşdirə bildik.

Sportinfo.az xəbər verir ki, bu sözləri Antalyada “Keşlə” ilə heç-heçə qalan Slovakiyanın “Zemplin” klubunun baş məşqçisi Yozef Mayoroş deyib.

50 yaşlı mütəxəssis 1:1 hesabı ilə başa çatan görüş barədə fikirlərini bölüşüb: "Bu oyunda 4 oyunçumuzu ilk dəfə sınadıq. İkinci hissədəki oyundan məmnun qaldım. Demək olar ki, rəqibə şans vermədik.

Təəssüf ki, bu qədər şansdan yetərincə istifadə edə bilmədik. Ancaq yaxşı oyun oldu. Rəqib çox aqressiv oynayırdı. Bəzi səhvlərimizi gördük. Çalışacağıq onları düzəldək”.

“Keşlə”bundan öncəki yoxlama oyunlarında Almaniyanın “Zvikau” klubuna 1:4, Rusiya “Arsenal”ına 1:2 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”