Azərbaycan klubu əcnəbi qapıçı ilə bağlı istəyinə çatdı

6 Avqust 2022 16:00 Şamaxı 1 939
Azərbaycan klubu əcnəbi qapıçı ilə bağlı istəyinə çatdı

"Şamaxı" yeni mövsümə legionersiz başlayacağını daha əvvəldən xəbər vermişdik.

Amma komanda bu qərarı verməmişdən öncə - arxada qalan mövsümün sonu moldovalı qapıçı Stanislav Namaşka ilə bir illik müqavilə imzaladığını ictimaiyyətə açıqlamışdı.

Yeni gələn rəhbərliyin legionersiz yola davam etmək istəyi təbii ki, əcnəbi qapıçı ilə dil tapmağı labüd edirdi. Əks halda təzminat ödəmək lazım gələcəkdi.

Haqqlı olaraq təzminat istəyən futbolçunu davam edən uzun danışıqlardan sonra pulsuz ayrılığa razı salmaq mümkün olub.

Onun bölgə klubu ilə qarşılıqlı razılıq əsasında ayrılığa razılıq verməsində ölkəsində yeni klub tapması da xüsusi rol oynayıb.

Belə ki, 35 yaşlı qapıçı bundan sonra Moldova Super Liqasında çıxış edən "Balti"nin şərəfin qoruyacaq.

Namaşko 2019-cu ildən "Şamaxı"nın şərəfin qoruyurdu.

Təcrübəli qapıçı daha əvvəl ölkəmizdə AZAL-ın da (2014-2015 mövsümü) şərəfin qoruyub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti