“Zenit”in yetirməsi bölgə klubuna keçir?

4 İyul 2022 21:20 Şamaxı 1 312
“Zenit”in yetirməsi bölgə klubuna keçir?

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Şamaxı” transfer çalışmalarını da davam etdirir.

Baş məşqçi Cavid Hüseynovun transfer siyahısına düşən növbəti futbolçu İldar Ələkbərovdur.

“Zenit”in yetirməsi olan 21 yaşlı futbolçu ötən mövsümdən “Sabah”ın şərəfin qoruyur.

Həm də gənclər millimizin üzvü olan futbolçunun "Sabah"a kimi karyerası bütövlükdə Rusiya klubları ilə bağlıdır. O, qonşu ölkənin “Stroqino” və “Nefteximik” klublarının şərəfin qoruyub.

Tərəflər razılıq əldə edə bilsə, gənc futbolçu qarşıdakı mövsümü icarə əsasında Şamaxı təmsilçisində keçirəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti