"Şamaxı"da iclas - Heç kim komandanı götürmək istəmədi. Yalnız bu məşqçi…

24 May 2022 15:00 Şamaxı 1 317
"Şamaxı"da iclas - Heç kim komandanı götürmək istəmədi. Yalnız bu məşqçi…

Bu həftə «Şamaxı»da klubdaxili toplantı keçiriləcək.

Bölgə təmsilçisindən Sportinfo.az-a verilən məlumata görə, iclasda başa çatan mövsümün yekunları müzakirə olunacaq, gündəmdə yer alan digər məsələlər barədə qərarlar veriləcək.

Baş məşqçi müəmmasına da bu yığıncaqda nöqtə qoyulması planlaşdırılıb.

Redaksiyamıza daxil olan məlumata görə, klub rəhbərliyi Rüstəm Əliyevi sükan arxasında saxlamaq istəyir.

Bu daha çox məcburiyyətdən irəli gəlir. Çünki təklif göndərilən yerli mütəxəssislərin hamısı «Şamaxı»da çalışmaqdan imtina edib.

Uzun illərdir burada fəaliyyət göstərən Əliyev isə idarəçilərə yaxın kadr sayılır və yumşaq insan kimi xarakterizə olunur.

Digər Xəbərlər
Xəbər Lenti