Antalyaya həsrət qalan vitse-kapitanın “üsyanı”: “Çətindir, vallah, çox çətindir”

13 Yanvar 2022 17:00 Şamaxı 918
Antalyaya həsrət qalan vitse-kapitanın “üsyanı”: “Çətindir, vallah, çox çətindir”

“Yanvarın 6-dan bir araya gəlmişik.

Gündə 1-2 məşq olmaqla hazırlığımız davam edir”.

Bunu “Keşlə”nin futbolçusu Şəhriyar Əliyev “Keşlə”nin təlim-məşq toplanışı ilə bağlı Sportinfo.az-a danışarkən deyib.

29 yaşlı müdafiəçi əziyyət çəkdiklərini və tökülən tərin bəhrəsini çempionatın ikinci yarısında görmək istədiklərini bildirib:

“Hər nə qədər zədəlilərimiz olsa da, məşqlərdə hamı can qoyur. Hazırlıq mərhələsində daha çox əziyyət çəkməlisən ki, sonra nəticəsini görəsən.

Hamı can-başla çalışır. Allahın izni ilə əziyyətimiz yerdə qalmaz”.

Premyer Liqada iştirak edən 8 komandanın 6-sı hazırlıq üçün Antalyanı seçib. Lakin “Səbail”lə “Keşlə” Bakı toplanışı ilə kifayətlənəcək.

Maraqlıdır, bu fakt futbolçulara psixoloji cəhətdən təsir edirmi? Antalyaya yollanmamağın fəsadları nədir?

Şəhriyarı dinləyək:

“Təlim-məşq toplanışını xaricdə keçməyin futbolçu və komanda üçün böyük faydası var. Çünki orada güclü rəqiblərlə azı 3-4 yoldaşlıq görüşü keçirmək imkanın olur.

Güclü rəqiblərlə oyunlarda zəif cəhətləri görmək mümkün olur. Təəssüf ki, maliyyə azlığına görə Türkiyəyə gedə bilmədik.

Yayda avrokubok görüşləri öncəsi də xaricə yollanmamışdıq. Və bu hal hardasa özünü göstərdi.

Ölkədə qalıb tanıdığın rəqiblə oynamaq çətindir. Vallah, çox çətindir. “Səbail” yaxşı rəqibdir, bacarıqlı futbolçuları var.

Amma bu komanda ilə mövsüm ərzində 4 dəfə qarşılaşırıq. Onlar bizi, biz də onları tanıyırıq.

Sadəcə, oyunsuz qalmamaq üçün qarşılaşmalıyıq. Ümid edirəm ki, bu məqam psixoloji baxımdan futbolçulara təsir etməz”.

“Keşlə” qış fasiləsindən sonra ilk rəsmi görüşünü Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!