Paytaxt klubunda əndərəbadi qərar - KAPİTANLIQ SARĞISI GERİ ALINDI

27 Oktyabr 2021 23:20 Şamaxı 1 036
Paytaxt klubunda əndərəbadi qərar - KAPİTANLIQ SARĞISI GERİ ALINDI

"Keşlə" yeni mövsümə Tərlan Quliyevin kapitanlığı ilə start vermişdi. Komandanı Premyer Liqanının ilk üç turuna məhz Quliyev kapitan kimi çıxarıb.

Amma nə baş verdisə, bir andaca bazubənd digər təcrübəli futbolçu İlkın Qırtımovda peyda oldu.

Artıq nə az, nə çox 5 matçdı paytaxt klubu Qırtımovun kapitanlığı ilə meydana çıxır.

Səbəbini araşdıranda məlum oldu ki, dəyiş-düyüşə səbəb Quliyevin komandada baş verən haqsızlıqlara susmamasıdır. Əslində əsl kapitan elə belə də olmalıdır.

Amma bərbad idarəçiliklə ad çıxaran "Keşlə" rəhbərliyi bu dəfə də öz statusunda qalıb.

Quliyevin kapitan kimi ən son etirazı isə cəza olaraq futbolçuların maaşından 10% tutulmasına olub.

O, iclas zamanı söz alaraq "verilən qərar düzgün deyil" deyərək etiraz edib. Məhz bundan sonra kapitanlıq sarğısı Quliyevdən alınıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu