”Psixoloji gərginlik yaranmışdı, tələsirdik, heç cür özümüzə gələ bilmirdik”

17 Oktyabr 2021 23:20 Şamaxı 487
”Psixoloji gərginlik yaranmışdı, tələsirdik, heç cür özümüzə gələ bilmirdik”

“Premyer Liqanın ilk turunda “Sumqayıt”la yaxşı oynamışdıq, lakin əks-hücumlarda gözlənilmədən məğlub olduq.

Ardınca heç nədən “Qəbələ”yə uduzduq. Bu məğlubiyyətlər komandada psixoloji gərginlik yaratmışdı. Tələsirdik, heç cür özümüzə gələ bilmirdik”.

Çempionatın ilk 4 turunda məğlub olan “Keşlə” haqda danışan Şəhriyar Əliyev Sportinfo.az-a açıqlamasında startdakı uğursuzluğun səbəbini bununla əsaslandırıb.

Ardıcıl yenilgilərə baxmayaraq, “qırmızılar” toparlanmağı bacardı. 5-ci turda “Qarabağ”la heç-heçənin ardınca “Sabah”la “Səbail”i məğlub etmək mümkün oldu.

29 yaşlı müdafiəçi “qala zolaq”dan çıxmağı “Qarabağ”la oyundakı heç-heçə ilə əlaqələndirib:

“Dediyim kimi, rəqiblərlə başa-baş oynayırdıq, bəlkə də, daha üstün. Sadəcə, futbolçularda özünəinamın qayıtması vacib idi.

Bu da “Qarabağ”la oyunda mümkün oldu. Kifayət qədər güclü rəqibə uduzmamaqla növbəti qələbələrin təməli qoyuldu.

Belə deyim, “Qarabağ”la matçdakı nəticə hamımızı ruhlandırdı. Ardıcıl 4 məğlubiyyətdən sonra 3 oyundan 7 xalla ayrılmaq yaxşı nəticədir. İnşallah, davamını gətirəcəyimizə inanıram”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!