Qurbanov özünə qənim kəsilib?

19 Sentyabr 2021 17:40 Şamaxı 1 368
Qurbanov özünə qənim kəsilib?

"Keşlə"nin yeni mövsüm işləri heç düz getmir. Açığı, yeni mövsümə kimi də vəziyyət yaxşı deyildi. Komanda Ölkə Kubokunun finalına kimi nə gördüsə, elə ona kimi gördü.

Avrokuboklarda ardıcıl "Soçi" məğlubiyyətləri oldu. "Soçi" deyib, üstündən keçdi(lər)k. Ardınca Azərbaycan Premyer Liqasında yeni mövsüm başladı. Başlamaz olaydı, "Keşlə" adına...

Komanda arxada qalan üç turda da məğlubiyyət görüb. Bu gün isə növbəti turun matçı var. Rəqib son çempion "Neftçi"dir. Bu görüş "Keşlə" üçün dönüş nöqtəsi sayılırsa, Sənan Qurbanov üçün son şansıdır.

Gənc mütəxəssis bütün mümkün variantlarla bu gün meydandan xalla ayrılmağa borcludur. Bu yolda nə lazımdırsa etməlidir. Hətta son 24 saatı komandanı başına yığmalı motivasiya xarakterli söhbət etməli, lap lazım gəlsə cibindən bu görüşə mükafat qoymalıdır. Çünki təkcə "Keşlə"nin yox, həm də öz karyerasının taleyi həll olunan oyuna çıxır.

Amma Qurbanov nə etsə yaxşıdı? O, belə taleyi yüklü matçdan öncə futbolçuların maaşından 10% cərimə olunmasını rəhbərlikdən tələb edib. Bəli, israrla tələb edib. Məşqçisindən belə münasibət görən futbolçu bu gün "Neftçi" ilə oyunda nəinki ürəyini, heç butcusunun ipini də qoymaz...

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti