Rəhbərliyin yalanları paytaxt klubunun futbolçularını çarəsiz hala salıb

13 Sentyabr 2021 22:20 Şamaxı 1 011
Rəhbərliyin yalanları paytaxt klubunun futbolçularını çarəsiz hala salıb

Ötən mövsüm ölkə kubokunun qalibi olan "Keşlə"nin futbolçuları qazandıqları titula görə vəd olunan pul mükafatını hələ də ala bilmir.

Final oyunundan 4 aydan artıq vaxt keçib. Rəhbərlik bu müddətdə müxtəlif bəhanələrlə günü-günə satmaqla məşğuldur.

Sonuncu dəfə futbolçulara söz verilib ki, Konfrans Liqasında iştiraka görə UEFA-dan gələcək pulla mükafatlar ödənəcək. Amma bu vəd də sonda puça çıxıb.

UEFA artıq neçə həftədir AFFA vasitəsi ilə pulu klubun hesabına köçürsə də rəhbərlikdən yenə səs-soraq çıxmayıb.

Dərdlərini kimə deyəcəklərini bilməyən futbolçuların isə çarəsiz halda gözləməkdən başqa yolları qalmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!