"Keşlə" bölgədə başqasını tapmadı, plan dəyişdi

24 İyun 2021 09:40 Şamaxı 1 081
"Keşlə" bölgədə başqasını tapmadı, plan dəyişdi

"Keşlə"nin hazırlıq planında dəyişiklik olub.

Sportinfo.az-ın məlumatına görə, təlim-məşq toplanışının ikinci mərhələsini Qəbələdə keçirməyi planlaşdıran Bakı təmsilçisi bu fikrindən son anda vaz keçib.

Dəyişikliyə əsas səbəb isə yoldaşlıq görüşləri üçün həmin bölgədə rəqib tapılmamasıdır.

Konfrans Liqasına hazırlaşan "Keşlə" 15 iyundan hazırlıqlara başlayıb. 27 iyun "Qarabağ"la baş tutacaq yoxlama görüşündən sonra Sənan Qurbanov yetirmələrinə istirahət verəcək.

1 iyuldan komanda hazırlığın ikinci mərhələsi üçün əvvəldən nəzərdə tutulduğu kimi Qəbələdə yox, yenidən Bakıda bir araya gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada