O, Azərbaycanda bunu bacaran ilk baş məşqçi oldu

1 May 2021 20:40 Şamaxı 2 735
O, Azərbaycanda bunu bacaran ilk baş məşqçi oldu

Azərbaycan kuboku tarixində ilk dəfə ardıcıl ikinci finalda eyni baş məşqçilər iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, Ayxan Abbasov 2018/19 mövsümündə olduğu kimi yenə “Sumqayıt”ın “sükanı arxası”nda həlledici qarşılaşmaya vəsiqə qazanıb.

“Keşlə”yə rəhbərlik edən Sənan Qurbanov isə 2 il öncə “Qəbələ”nin baş məşqçisi kimi buna nail olub.

Ötən mövsüm yarımçıq dayandırıldığından baş tutan son finalın iştirakçıları 2 ildən sonra yenidən üz-üzə gələcək. Ölkə kubokunun 29 illik tarixində bunadək belə hadisə qeydə alınmayıb.

Həmçinin, Sənan Qurbanov ardıcıl iki finala fərqli komandalarla yüksələn ilk mütəxəssisdir. Ona qədər bir neçə məşqçi 2, hətta 3 dəfə ardıcıl final həyəcanı yaşasa da, buna eyni komanda ilə nail olub.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”