Adil Əliyev “Keşlə”nin məşqçisini parlamentə dəvət etdi və... FOTO

28 Fevral 2021 16:00 Şamaxı 712
Adil Əliyev “Keşlə”nin məşqçisini parlamentə dəvət etdi və... FOTO

“Keşlə”nin məşqçisi Toğrul Əhmədov Milli Məclisin Gənclər və İdman Komitəsi tərəfindən mükafatlandırılıb.

Bununla bağlı parlamentdə görüş keçirilib.

O, Milli Məclisin sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev tərəfindən qəbul edilib. Əhmədov Vətən müharibəsi zamanı arxa cəbhədə apardığı fəalliyətlə əlaqədar Fəxri Fərmanla təltif olinub.

Paytaxt klubunda çalışan gənc mütəxəssis bununla bağlı Sportinfo.az-a deyib:

“Mən Müharibə Əlillərinə Dəstək İctimai Birliyinin üzvüyəm. Təmsilçisi olduğum təşkilat 1 ilə yaxındır ki, ölkənin sosial həyatında fəal iştirak edir.

Koronavirusun Azərbaycanda yayılmağa başladığı ilk günlərdən imkansız ailələrə yardımlar göstərmişik. Müharibə vaxtı şəhid və qzi ailələrinə də dəstək vermişik.

Bu tədbirləri indi də davam etdiririk. Fəaliyyətimiz Adil müəllimin diqqətini çəkib.

Sağ olsun, ictimai fəaliyyətimizlə maraqlandı, məni Fəxri Fərmanla mükafatlandırdı. Bu, məni bir qədər də ruhlanıdırır”.

Digər Xəbərlər
Xəbər Lenti