Azərbaycanda tanınmış klub daha 1 il "küçələrdə qalacaq"

3 Aprel 11:40 Kəpəz 3 317
Azərbaycanda tanınmış klub daha 1 il "küçələrdə qalacaq"

«Kəpəz» gələn mövsüm ev oyunlarını Gəncədə keçirə bilməyəcək.

Buna səbəb şəhər stadiounun istifadəyə veriləcəyi tarixin dəyişməsidir.

Əvvəlcə söylənilirdi ki, ötən ilin payızında sökülən arena 2024-cü ilin sonunadək qapılarını futbolsevərlərin üzünə açacaq.

Yenicə isə məlum olub ki, yenidənqurma həmin vaxtadək başa çatdırılmayacaq.

Stadion 2025-ci ilin avqustunadək hazır vəziyyətə gətiriləcək. Göstərilən tarixdə isə Gəncə növbəti «MDB Oyunları»na ev sahibliyi edəcək.

Ondan bir neçə ay öncə, konkretləşdirsək, martda meydançaya təbii ot səpiləcək.

Sözügedən idman qurğusu Gənclər və İdman Nazirliyinin (GİN) balansındadır. Tikinti GİN tərəfindən seçilən Türkiyə şirkəti tərəfindən həyata keçirilir.

Mövsümün əvvəlindən bəri doğma elindən uzaq düşmüş «Kəpəz» bu müddətdə ev oyunlarını Tovuz, Qəbələ və Bakıda keçirib.

«Sarı-göylər» Premyer Liqanın qarşıdakı turlarında rəqiblərini yenidən Tovuzda qəbul edəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti